Şahruddin oynadı, komandası qalib gəldi - Video

sahruddin-oynadi-komandasi-qalib-geldi
Oxunma sayı: 2233

Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin oynadığı “Adana Demirspor” Türkiyə Superliqasının 18-ci turunda “Antalyaspor”la qarşılaşıb.

“Qafqazinfo” xəbər verir ki, yığmamızın çərçivə qoruyucusu 90 dəqiqə meydanda olub.

Qarşılaşma adanalıların 2:1 hesablı qələbəsi ilə başa çatıb.