“Şamaxı” “Sabah”a, “Zirə” “Səbail”ə qarşı

samaxi-sabaha-zire-sebaile-qarsi
Oxunma sayı: 1140

Bu gün Azərbaycan Premyer Liqasının XXVI turunda daha iki oyun keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, ilk olaraq “Şamaxı” “Sabah”ı qəbul edəcək.

Matç saat 15:00-da start götürəcək. 

Günün ikinci görüşündə isə “Zirə” “Səbail”i sınağa çəkəcək. Qarşılaşma saat 17:30-da başlayacaq. 

Azərbaycan Premyer Liqası

III dövrə, XXVI tur

9 mart

15:00. “Şamaxı” – “Sabah”

Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov.

Şamaxı şəhər stadionu

17:30. “Zirə” – “Səbail”

Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Kamranbəy Rəhimov

Zirə İdman Kompleksinin stadionu.

Qeyd edək ki, tura martın 10-da yekun vurulacaq. Ötən gün “Qarabağ” “Araz-Naxçıvan”ı 3:1 hesabı ilə məğlub edib.