Samuxda 46 yaşlı kişi bıçaqlanıb.
“Qafqazinfo”nun məlumatına görə, bıçaqlanan Taleh Qafarov Gəncə şəhərindəki xəstəxanalardan birinə yerləşdirilib.
Ona ilkin tibbi yardım göstərilib, vəziyyəti kafidir.
Faktla bağlı araşdırma başlanılıb.
***
Hadisənin bəzi təfərrüatları məlum olub.
Belə ki, bıçaqlanan T. Qafarov Samux rayonunda yerləşən elektrik yarımstansiyasının işçisi olub. İlkin ehtimala görə, o, ərazidə qoyun otaran çobanla mübahisə edib və nəticədə bıçaqlanıb.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
Yunis Quliyev
Son xəbərlər
Son Xəbərlər