Səfər Əbiyevin müavininə hökm oxundu

sefer-ebiyevin-muavinine-hokm-oxundu
Oxunma sayı: 8113

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq müdafiə naziri Səfər Əbiyevin müavini olmuş Mehman Səlimovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilə Mehman Səlimov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, dövlət ittihamçısı M.Səlimovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, Mehman Səlimov ötən ilin noyabrında həbs olunub. Mehman Səlimova qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb və onun barəsində həbs qətimkan tədbiri seçilib.

Murad Əhməd