Sevgilisini başqa kişi ilə tutdu - Qətl törətdi

sevgilisini-basqa-kisi-ile-tutdu
Oxunma sayı: 11027

Dünən Bakıda qətl hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, hadisə iyulun 4-də paytaxtın Nəsimi rayonunda qeydə alınıb.

Sumqayıt şəhər sakini Əvəz Qasımov kirayədə yaşadığı evdə münaqişə zəminində Bakı şəhər sakini Rəhim Süleymanova bıçaqla xəsarət yetirib və nəticədə o, hadisə yerində ölüb.

Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Qasımov tutulub.

Qeyd edək ki, Ə.Qasımov həmin evdə qeyri-rəsmi münasibətdə olduğu qadınla birgə yaşayıb. Evə gələrkən sevgilisini R.Süleymanovla bir yerdə görüb.

Murad Əhməd