Hacıqabul Rayon İcra Hakimiyyətinin yeni başçısı Sevindik Hətəmov bu gün rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.
“Qafqazinfo” xəbər verir ki, yeni icra başçısını kollektivə Prezidentin köməkçisi - Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev təqdim edib.
Zeynal Nağdəliyev çıxışında ölkə başçısının tapşırıq və tövsiyələrini çatdırıb.
S.Hətəmov ona göstərilən etimada görə minnətdarlıq edib.