Şirvan şəhərində Azərbaycan Polisi Gününə həsr olunmuş tədbir keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirin əvvəlində iştirakçılar şəhərin mərkəzi meydanında ucalan Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək, əziz xatirəsini ehtiramla yad ediblər.
Daha sonra Şirvan Şəhər İcra Hakimiyyətində davam edən tədbirdə əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov 2 İyul – Azərbaycan Polisi Günü münasibətilə polis əməkdaşlarını və veteran polis işçilərini təbrik edib, möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin tərəqqisi, daha da qüdrətlənməsi naminə şərəfli xidmətlərində onlara yeni-yeni uğurlar arzulayıb.
Sonra çıxış edən Şirvan Şəhər Polis Şöbəsinin rəisi, polis polkovniki Seymur Əfəndiyev Azərbaycan polisinin yaranmasının 107-ci ildönümü və peşə bayramı günü münasibətilə şəxsi heyəti təbrik edib, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində inkişaf edən, müasir maddi-texniki bazaya, infrastruktura malik olan polis orqanlarının cinayətkarlığın qarşısının alınması, ictimai asayişin qorunması, insanların hüquq və azadlıqlarının müdafiəsi funksiyalarını yüksək peşəkarlıqla həyata keçirdiyini vurğulayaraq, dövlətimizin milli strategiyasının müvəffəqiyyətlə həyata keçirilməsi və inkişafı naminə görüləcək işlərdə səy və bacarıqlarını bundan sonra da əsirgəməyəcəklərini bildirib.
Tədbirdə çıxış edən digər iştirakçılar da polis əməkdaşlarını təbrik edərək, onlara dövlətçiliyin möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizə, ictimai təhlükəsizliyin təmin edilməsi, dövlətin qanuni mənafelərinin müdafiəsi sahəsində fəaliyyətlərində uğurlar arzulayıblar.
Tədbirdə bir qrup polis əməkdaşı 2 İyul – Azərbaycan Polisi Günü münasibətilə və şəhərin ictimai həyatında fəal iştirak etdiklərinə görə fəxri fərmanları ilə təltif ediliblər.
Tədbirin yekununda şəhid və qazi ailələrinin, eləcə də veteranlarının da iştirak etdiyi ziyafət məclisi təşkil olunub, xatirə şəkilləri çəkdirilib.







Son xəbərlər
Son Xəbərlər