Sizdən biri! Nərmin Yusifova - Fotolar

sizden-biri-nermin-yusifova
Oxunma sayı: 2578

13 saylı Xəzər-Pirallahı seçki dairəsindən olan xanım namizəd Nərmin Yusifova təbliğat-təşviqat kampaniyası çərçivəsində məcburi köçkünlər yaşayan ərazilərə baş çəkib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, N.Yusifova onların problemləri ilə yaxından maraqlanaraq hər bir problemin işıqlandırılacağına söz verib: “Mən sizdən biriyəm. Sizin dərdiniz mənim dərdimdir”.

Qeyd edək ki, Nərmin Yusifova 12 fevral 1994-cü ildə Bakı şəhərində anadan olub. 2011-ci ildə Bakı şəhər Nəsimi rayonu Tahir Həsənov adına 23 saylı orta məktəbi medalla bitirib. Bakı Dövlət Universitetinin Hüquq fakültəsi məzunudur.