Sökülən parkinqin hazırkı vəziyyəti - Fotolar

sokulen-parkinqin-hazirki-veziyyeti
Oxunma sayı: 6492

Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyevin tapşırığına əsasən paytaxtdakı qanunsuz parkinq sökülüb.

“Qafqazinfo”nun məlumatına görə, artıq ərazidə piyadalar üçün səki bərpa olunub.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyətinin yaydığı məlumata əsasən, həmin parkinq Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı tərəfindən yaradılıb.

Həmçinin həmin parkinqin salınması zamanı ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb. Nəsimi Rayon Bələdiyyəsinin rəhbərliyi vəzifəli şəxs qismində 5000 manat məbləğində cərimələnib.

Həmçinin oxuyun: 74 yaşlı qonşusunu öldürən kişi - “Oğullarımı qorumaq istədim”

Fotolar: Pərvin Zeynal