Sumqayıt-Bakı qatarı yolda qaldı

sumqayit-baki-qatari-yolda-qaldi
Oxunma sayı: 2815

Bu gün Sumqayıtdan Bakıya hərəkət edən qatarda problem yaranıb. 

Bu barədə “Qafqazinfo”ya sərnişinlər məlumat veriblər. Onların sözlərinə görə, qatar təxminən 40 dəqiqəyə yaxın yolda qalıb. 

Problemlə bağlı ADY-nin Mətbuat xidməti ilə əlaqə saxladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, qatarın hərəkəti üçün tədbirlər görülüb: “Bu gün saat 09:18-də Sumqayıt-Xırdalan-Bakı istiqaməti üzrə sərnişin qatarı hərəkətdə olarkən Xırdalan-Biləcəri sahəsində təmas xətti qırılıb.

Qatarın hərəkəti üçün müvafiq tədbirlər görülüb, həmin sahəyə teplovoz göndərilib. Hadisənin səbəbi araşdırılır”.

Gülnar Əliyeva