Sumqayıtda 14 yaşlı qız faciəvi şəkildə öldü

sumqayitda-14-yasli-qiz-facievi-sekilde-oldu
Oxunma sayı: 3125

Sumqayıtda yeniyetmənin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin 9-cu mikrorayon ərazisində yerləşən çoxmərtəbəli binalardan birində qeydə alınıb.

Belə ki, 2011-ci il təvəllüdlü Nuri Gülbahar Nuhəli qızı binanın yüksək mərtəbələrindən birindən yıxılaraq həyatını itirib.

İlkin ehtimallara görə, hadisə ehtiyatsızlıq nəticəsində baş verib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.