Sürüşmə bu yerlərə ziyan vurdu - Fotolar

surusme-bu-yerlere-ziyan-vurdu
Oxunma sayı: 4980

Dünən axşam saatlarında Bakının Badamdar qəsəbəsində torpaq sürüşməsi baş verən ərazidə işlər davam edir.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bir neçə dəfə sürüşmüş ərazidə dünən Xəzər dənizində zəlzələ zamanı növbəti dəfə uçqun baş verib. Dünənki sürüşmədə isə artıq möhkəmləndirmə divarları da aşaraq yola yaxınlaşıb. Torpaq kütləsi yolun kənarında yerləşən restoranın bir neçə otağını dağıdıb və mətbəx torpaqla tam dolub.

Həmçinin yoldan təxminən 100 metr məsafədə yerləşən iki evin divarlarına qədər torpaq axını baş verib. İki ailə dünən təxliyyə olunub. Hazırda mütəxəssislər təhlükənin artmaması üçün ərazidə işlər görürlər.

Fotolar: Nuran Məmmədov