Suyun rənginin dəyişməsi ilə bağlı rəsmi - Açıqlama

suyun-renginin-deyismesi-ile-bagli-resmi
Oxunma sayı: 9083

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Mətanət Avazova Girdiman çayının suyunun naməlum səbəbdən yaşıl rəngə boyanması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Qafqazinfo”nun məlumatına görə, direktor müavini qeyd edib ki, sözügedən çayda artıq monitorinq aparılıb:

“İsmayıllı və Ağsu rayonlarının əsas su mənbəyi olan Girdmançayda suyun keyfiyyətinin pisləşməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf mühit üzrə milli monitorinq departamentinin və Regional Ekologiya söbəsinin əməkdaşları ilə birgə ərazidə kompleks monitorinq keçirmkeçiriblər. Monitorinqin əsas məqsədi suyun tərkbində baş vermiş dəyişikliyin araşdırılması və bu dəyişiklik nəticəsində ətraf mühitə, bioloji müxtəlifliyə dəymiş zərərin qiymətləndirilməsidir.Vizual monitorinq zamanı Girdmançayın İsmayıllı və Ağsu rayonlarının ərazilərindəki müxtəlif nöqtələrdən su nümunələri götürülüb və analiz edilmək üçün nazirliyin mərkəzi laboratoriyasına təhvil verilib. Suyun tərkibində analiz metodlarına uyğun spesifik çirkləndiricilərin təyin edilməsi üçün bir neçə gün tələb olunur. Analiz nəticələri alınıb təhlil edildikdən sonra ekoloji vəziyyət qiymətləndiriləcək. Ümumi vəziyyətlə bağlı mətbuata açıqlama veriləcək”.