Tarixdə ilk dəfə

tarixde-ilk-defe
Oxunma sayı: 4365

“Jirona” İspaniya La Liqasının 32-ci turunda evdə “Kadis”lə üz-üzə gəlib.

“Qafqazinfo” xəbər verir ki, görüşdə meydan sahibləri 4:1 hesabı ilə qalib gəliblər. Bu nəticə ilə “Jirona” növbəti mövsümdə avrokuboklara vəsiqəni təmin edib.

“Jirona” La Liqada 2023/2024 mövsümünün bitməsinə 6 tur qalmış turnir cədvəlində 68 xalla 3-cü yerdədir. Sıralamaya və qazanılan xallara əsasən, mövsümün sonunadək bu komandanın ilk “6-lıq”dan aşağı pilləyə düşməyəcəyi dəqiqləşib. Bu da Avropa Liqasında iştirak hüququ verir. 

Qeyd edək ki, “Jirona” tarixində ilk dəfə Avropa yarışlarında iştirak edəcək. Klub 1930-cu ildə yaradılıb. 94 il ərzində komanda İspaniyanın yüksək divizionunda cəmi 4 mövsüm keçirib.