TASİM-in Pekindəki təqdimatı

tasim-in-pekindeki-teqdimati
Oxunma sayı: 745


“Qafqazinfo”nun məlumatına görə, mərasimdə TASİM layihəsinin direktoru Zaur Həsənov layihənin konsepsiyasından, onun regional və qlobal kommunikasiyaların yaxşılaşdırılmasına, kommunikasiya marşrutlarının şaxələndirilməsinə yönələn missiyasından danışıb.

Bildirilib ki, layihənin məqsədi Qərbi Avropadan Şərqi Asiyaya qədər Avrasiya ölkələrini əhatə edən transmilli fiber-optik xəttin çəkilməsidir. Layihə Almaniyanın Frankfurt şəhərindən Çinin Honkonq şəhərinədək istiqamətlənən, Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyədən keçən tranzit xəttinin qurulmasını nəzərdə tutur. Bu xətt Avropanın və Asiyanın ən böyük informasiya mübadiləsi mərkəzlərini birləşdirəcək. Bu strateji layihənin həm region dövlətləri, həm də layihənin iştirakçısı olan bütün ölkələr üçün faydalı olduğu vurğulanıb.