Şəmkirdə bıçaqlanma olub.
“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, hadisə Şəmkir Rayon Mərkəzi xəstəxanasında qeydə alınıb. Tibb ocağının reanimasiya şöbəsinin tibb bacısı Sadəgül İbadullayeva mübahisə zəmnində xəstəxananın qanköçürmə şöbəsinin həkimi, 1959-cu il təvəllüdlü Nurəddin Məmmədovu bıçaqlayıb. Yaralı xəstəxanaya yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər