Tiktoker Ləman sərbəst buraxıldı - Yenilənib

tiktoker-leman-serbest-buraxildi
Oxunma sayı: 27808

TikToker Ləman Vəliyeva saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Anar Qafarov “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, L.Vəliyeva sosial şəbəkə üzvlərindən daxil olan çoxsaylı şikayətlər əsasında polis əməkdaşları tərəfindən saxlanılıb:

“Araşdırmaların nəticəsindən asılı olaraq onun hərəkətlərinə hüquqi qiymət veriləcək”.

Qeyd edək ki, o, tez-tez TikTok-dakı paylaşımlarında qeyri-etik sözlərdən və söyüşlərdən istifadə edir.

***

Məhkəmənin qərarı ilə Ləman Vəliyeva 1000 manat cərimə edilərək sərbəst buraxılıb.