Toğrul Əsgərov millinin böyük məşqçisi oldu

togrul-esgerov-millinin-boyuk-mesqcisi-oldu
Oxunma sayı: 3873

Sərbəst güləş üzrə Olimpiya və Avropa çempionu, dünya çempionatının mükafatçısı Toğrul Əsgərova yeni vəzifə verilib.

“Qafqazinfo”nun məlumatına görə, o, U-17 və U-20 qadınlardan ibarət güləş üzrə milli komandaların böyük məşqçisi təyin olunub.

Hazırda komanda onun rəhbərliyi altında Göygöldə təlim-məşq toplanışında iştirak edir.