Tottinin oğlu karyerasını bitirdi - 19 yaşında

tottinin-oglu-karyerasini-bitirdi
Oxunma sayı: 4242

İtaliya milisinin və “Roma”nın sabiq hücumçusu Françesko Tottinin oğlu Kristian futbolçu karyerasını 19 yaşında bitirib.

“Qafqazinfo” “La Repubblica” nəşrinə istinadən xəbər verir ki, o, bundan sonra atasının futbola aid açdığı şirkətdə çalışacaq.

Qeyd edək ki, bir müddət “Roma”nın 18 yaşadək futbolçulardan ibarət komandasında çıxış edən Kristian İspaniyada “Rayo Valyekano”nun ikinci, ölkəsində isə “Avezzano” və “Olbia” klublarının formasını geyinib.