Cəlilabad rayonunda avtomobil qəzası baş verib.
"Qafqazinfo" xəbər verir ki, hadisə Bakı-Astara magistralının rayonun Göytəpə şəhərindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, toy karvanında baş verən qəza zamanı bəy-gəlin maşını idarəetmədən çıxaraq, yol kənarındakı maneəyə çırpılıb.
Bunun nəticəsində xəsarət alanan gəlin Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Surxay Şahbazov
Son xəbərlər
Son Xəbərlər