Tramp Ağ Evdə Makronu qarşılamağa çıxmadı - Video

tramp-ag-evde-makronu-qarsilamaga-cixmadi
Oxunma sayı: 4591

Fransa Prezidenti Emanuel Makron ABŞ-li həmkarı Donald Trampla danışıqlar aparmaq üçün Ağ Evə gedib.

“Qafqazinfo” “Reuters”ə istinadən xəbər verir ki, Tramp yeni prezidentliyi dövründə onu ziyarət edən ilk Avropa liderini, Makronu qarşılamağa çıxmayıb.

Məlumata görə, Trampın fransız lideri ilə Ukraynaya hərbi təminatları müzakirə edəcəyi gözlənilir.

Xatırladaq ki, Tramp və komandası Bayden administrasiyasının Kiyevə silah şəklində göndərdiyi vəsaitin bir hissəsini geri qaytarmaq üçün Ukrayna ilə gəlir bölgüsü sazişi üzrə danışıqlar aparır.