Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsini Rusiya və Amerika liderləri Vladimir Putin və Donald Trampın görüşü üçün ideal yer adlandırıb.
“Qafqazinfo” xəbər verir ki, o bu barədə Ankarada Ukrayna lideri Volodimir Zelenski ilə keçirdiyi görüşün nəticələrinə dair birgə mətbuat konfransı zamanı danışıb.
Ərdoğan qeyd edib ki, Rusiya ilə ABŞ arasında dialoq prosesi başlayıb:
“Ölkəmiz Rusiya ilə ABŞ arasında danışıqlar üçün ideal yer olardı”.