“Türkiyə futbolunu Ərdoğan bitirdi” - Azərbaycandan şərh

turkiye-futbolunu-erdogan-bitirdi
Oxunma sayı: 10874

Ötən gün Türkiyə milli futbol komandası İspaniyaya böyük hesabla məğlub oldu. Bu Türkiyə ilə bərabər azərbaycanlı azarekeşlərin də böyük üzüntüsünə səbəb oldu, sosial şəbəkələrdə milli komandanya rəhbərlik edən şəxslərlə bərabər Türkiyə hakimiyyəti də sərt tənqid olundu.

Qafqazinfo” xəbər verir ki, politoloq Şahin Cəfərli də Türkiyə futbolunun bu vəziyyətə düşməsində birbaşa siyasi hakimiyyətin rol oynadığını bildirib: “Bu gün İspaniya qarşısındakı Türkiyə milli komandasının ilk 11-nin 4 oyunçusu 5 il əvvəl "Galatasaray"ın heyətində ilk 11-in oyunçuları idi və o komanda Türkiyə liqasında 8-ci yeri tutmuşdu.

Türk futbolunu AKP iqtidarı bitirdi. Bu mövzuda məlumatı az olan dostlar "nə əlaqəsi?" deyəcək, amma birbaşa əlaqəsi var. Türkiyədə Futbol Federasiyasının prezidentlərini də Ərdoğan təyin edir. Fatih Terim də GS-də kifayət qədər uğurla çalışarkən məhz Ərdoğanın əmri ilə yenidən milli komandaya qayıtdı.

Türkiyədə futbolun əsas kuratoru prezidentin xanımının yaxın qohumu, "Başakşehir" futbol klubunun prezidenti Göksel Gümüşdağdır. Siyasi iqtidarlar idmana, futbola bu səviyyədə müdaxilə edəndə ortaya ikrah doğurucu mənzərələr çıxır”.