Türkiyədə daha 15 nəfər koronavirusdan öldü

turkiyede-daha-15-nefer-koronavirusdan-oldu
Oxunma sayı: 6834

Türkiyədə daha 15 nəfər koronavirusdan ölüb.

"Qafqazinfo" xəbər verir ki, bunu ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlayıb. Nazir bildirib ki, son sutka ərzində 5035 test aparılıb, onlardan 561-nin nəticəsi pozitiv çıxıb.

Qeyd edək ki, bununla da Türkiyədə sözügedən virusdan ölənlərin sayı 59-a çatıb. Ölkədə aktiv koronavirus xəstələrinin sayı isə 2433 nəfərdir.