Üçaylıq körpə evdə öldü

ucayliq-korpe-evde-oldu
Oxunma sayı: 1784

Bu gecə Şəkidə faciəvi hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, gecə saatlarında Şəki rayon sakini 3 aylıq A.Abbasov qusma nəticəsində boğazında yaranan tıxanma səbəbindən yaşadığı ünvanda ölüb.

Hadisə ilə əlaqədar müvafiq araşdırmalar aparılır.