Uitkoff Rusiyaya gedir

uitkoff-rusiyaya-gedir
Oxunma sayı: 2290

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff yaxın günlərdə Rusiyaya səfər edəcək.

“Qafqazinfo” xəbər verir ki, bunu Prezident Donald Tramp Ağ Evdə jurnalistlərə bildirib.

“Bəli, o, İsrailə, sonra Rusiyaya gedəcək”, - Amerika lideri deyib.

Ziyarət ABŞ-nin Ukrayna ilə münaqişəyə son qoyması üçün Rusiyaya verdiyi vaxtın bitdiyi ərəfəyə təsadüf edir.

Qeyd edək ki, Uitkoff sonuncu dəfə aprel ayında Moskvada olub