Ukraynada daha bir azərbaycanlı həlak oldu

ukraynada-daha-bir-azerbaycanli-helak-oldu
Oxunma sayı: 2217

Ukrayna ordusunun daha bir azərbaycanəsilli hərbçisi həlak olub.

“Qafqazinfo” Report-a istinadən xəbər verir ki, 1985-ci il təvəllüdlü Ukrayna vətəndaşı Faiq Musayev Xarkov vilayətinin Kupyansk cəbhəsində həlak olub.

Azərbaycanlı hərbçi Kiyev vilayətində dəfn olunacaq.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə 2022-ci il fevralın 24-də başlayıb.