ÜST Azərbaycanda koronavirusla mübarizəyə ekspertlər göndərir

ust-azerbaycanda-koronavirusla-mubarizeye-ekspertler-gonderir
Oxunma sayı: 5663

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycan, Ukrayna və Çernoqoriyaya koronavirusun yayılması ilə mübarizə aparmaq üçün ekspertlər göndərmək qərarına gəlib.

“Qafqazinfo” bildirir ki, bu barədə ÜST-ün Avropa Regional Bürosunun mətbuat xidməti məlumat yayıb. 

“ÜST ARB COVID-19-a hazırlığın və reaksiyanın təmin olunması tədbirləri çərçivəsində yaxın günlərdə  Azərbaycan, Ukrayna və Çernoqoriyaya üç missiya yönləndirir”, -məlumatda deyilir.