Vətəndaşların şəxsi məlumatlarından istifadə edilib - Ehtiyatlı olun!

vetendaslarin-sexsi-melumatlarindan-istifade-edilib
Oxunma sayı: 3453

Naxçıvanda vətəndaşların məlumatlarından qeyri-qanuni şəkildə istifadə edən şəxs məsuliyyətə cəlb edilib.

“Qafqazinfo” DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, keçirilən tədbirlərlə “Park AVM” ticarət mərkəzində yerləşən “Güvənli Əmlak” ev alqı-satqı ofisində çoxsaylı vətəndaşlara məxsus anket məlumatları aşkar olunub .

Aparılan araşdırmalar zamanı N.Məmmədovun sığorta şirkətində çalışdığı müddətdə vətəndaşlara onların evlərini sığortalamağı təklif etməklə məlumatlarını əldə etdiyi məlum olub. N.Məmmədov ifadəsində 2000-dən çox şəxsin məlumatlarını bu yollarla əldə etdiyini və ev alqı-satqı işində həmin məlumatlardan istifadə etdiyini etiraf edib.

Faktla bağlı araşdırmalar davam etdirilir..

Daxili İşlər  Nazirliyi Vətəndaşaları ayıq-sayıq olmağa işbazların şirnikləndirici təkliflərinə inanmamağa və onların  qurbanına çevrilməmək üçün  bu kimi detallara diqqət etməyə çağırıb.