“Vətənim, səni sevirəm” - Tarkandan xanımına təbrik

vetenim-seni-sevirem
Oxunma sayı: 3427

Məşhur türkiyəli müğənni Tarkan həyat yoldaşı Pınar Dileyi ad günü münasibətilə təbrik edib.

“Qafqazinfo” “CNN Türk”ə istinadən xəbər verir ki, Tarkan bu münasibətlə xanımı ilə fotosunu paylaşıb.

“Nə yaxşı ki doğuldun, canım mənim. Qəlb döyüntüm, vətənim, səni sevirəm”, - müğənni paylaşımında bildirib.

Qeyd edək ki, Tarkan Pınar Dileklə 2016-cı ildə evlənib. 2018-ci ildə cütlüyün qızı doğulub.