Vəzifəsindən azad olunmaq üçün ərizə yazan məhkəmə sədri işdən çıxarılıb.
“Qafqazinfo”nun Azərtac-a istinadən məlumatına görə, Azərbaycan prezidentinin təqdimatına əsasən, bu məsələ Milli Məclisdə müzakirə olunaraq səsə qoyulub. Plenar iclasda qəbul edilən qərara görə, Müseyib Abbas oğlu Hüseynov vəzifəsi dəyişdirilərək Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin edilib.
Xatırladaq ki, bir neçə gün əvvəl Müseyib Hüseynov səhhəti ilə əlaqədar iş yerinin dəyişdirilməsini istəmişdi.
Son xəbərlər
Son Xəbərlər