Vinnitsada həlak olan 4 yaşlı Liza - Foto+Video

vinnitsada-helak-olan-4-yasli-liza
Oxunma sayı: 12604

Ukraynanın Vinnitsa şəhərinə raket hücumu zamanı 33 yaşlı dizayner və bloqer İrina Dmitriyeva yaralanıb, onun dörd yaşlı qızı Liza isə yerindəcə keçinib.

“Qafqazinfo” “UNİAN”a istinadən xəbər verir ki, bu barədə İrinanın işlədiyi “Kartel” nəşriyyatının baş direktoru İrina Asman bildirib.

Qeyd edək ki, İrina daun sindromlu qızının həyatı haqqında bloq yazırdı. Balaca Lizanın “l.i.z.i.love” instaqram səhifəsində 4000 izləyicisi var. O, qızının uğurlarını sosial şəbəkələrdə bölüşərək, bu sindromdan əziyyət çəkən digər uşaqların anaları üçün məsləhətlərini paylaşırdı.

Xatırladaq ki, Rusiya Ukraynanın Vinnitsa şəhərinin mərkəzinə raket zərbələri endirib. Hadisə zamanı 23 nəfər ölüb, 90 nəfər yaralanıb. Baş vermiş hadisə ilə əlaqədar Vinnitsa şəhərində iyulun 15-i matəm günü elan edilib.