Vüsal Kərimli Prezidentə hesabat verdi

vusal-kerimli-prezidente-hesabat-verdi
Oxunma sayı: 3327

Paytaxtın avtobus parkının yenilənməsi məqsədilə Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən 300 yeni avtobus sifariş olunub. 

"Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyevə Bakı Nəqliyyat Agentliyinin “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin açılış mərasimində BNA-nın İdarə Heyətinin sədri Vüsal Kərimli məlumat verilib.

Bildirilib ki, avtobuslardan 168-i artıq BNA-ya təhvil verilib. Oktyabrın sonunda avtobusların sayı 200-ə çatdırılacaq. Ümumilikdə bütün avtobusların ilin yekununda təhvil verilməsi planlaşdırılır.