“Xaç atası”nın aktyoru komadan ayılmadı

xac-atasinin-aktyoru-komadan-ayilmadi
Oxunma sayı: 1408

Amerikalı aktyor Karmine Karidi 85 yaşında dünyasını dəyişib.

“Qafqazinfo” “Daily Mail”ə istinadən xəbər verir ki, “Xaç atası” filmindəki Rozato rolu ilə tanınan aktyor bir müddətdir Los-Ancelesdə xəstəxanada koma vəziyyətində idi. Karidinin səhhəti qəflətən pisləşib. Ölüm anında belə şüuru özündə olmayıb.

Qeyd edək ki, Karidi “Taksi”, “Saymon və Saymon”, “Şöhrət” filmləri daxil olmaqla 100-dək ekran işində çəkilib.