Xaçmaz Kənd Seçki Dairəsindən deputatlığa namizəd, vəkil Vasif İsrafilovun seçicilərə - Müraciəti

Xaçmaz Kənd Seçki Dairəsindən deputatlığa namizəd, vəkil Vasif İsrafilovun seçicilərə
Oxunma sayı: 1839

Fevralın 9-da keçiriləcək parlament seçkilərində 56 saylı Xaçmaz Kənd Seçki Dairəsindən namizədliyi qeydə alınmış tanınmış vəkil Vasif İsrafilov seçicilərinə müraciət edib.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, Vəkillər Kollegiyasının üzvü olan V.İsrafilovun seçki təbliğat-təşviqat kampaniyası çərçivəsində vətəndaşlarla görüşü davam edir.

V. İsrafilovun seçki platformasında irəli sürdüyü məsələlər, təkliflər və çıxış yollarından ibarət müraciətini təqdim edirik:

Mən, Milli Məclisə deputat seçilsəm,

-  Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş azərbaycançılıq ideologiyasına əsaslanaraq ölkə vətəndaşlarının mənafelərinin keşiyində duracağam.

-  Respublikamızın ərazi bütövlüyünün qorunmasına, azad, demokratik cəmiyyətin daha da inkişaf etməsinə, çevik, fəal xarici siyasətin yürüdülməsinə, dünya dövlətləri ilə beynəlxalq əlaqələrin daha da dərinləşməsinə çalışacağam.

-  Beynəlxalq arenada Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün əleyhinə yönələn hər hansı bir qərarın qəbul edilməsinə imkan verməyəcəyəm. Xalqımızın ən ağrılı problemlərindən biri olan Dağlıq Qarabağ probleminin həlli üçün bütün imkanlardan istifadə edəcəyəm.

-  Beynəlxalq hüquq və prinsiplərə əsaslanaraq insan haqlarının qorunması, söz, fikir azadlığının, plüralizmin dərinləşməsi uğrunda daim mübarizə aparacağam.

-  Ölkəmizdə sosial-iqtisadi, siyasi sabitliyin qorunması üçün qüvvə-bacarığımı əsirgəməyəcəyəm. Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün zəruri olan qanun və qərarların, Dövlət Proqramlarının qəbul edilməsinə çalışacağam.

-  İqtisadi islahatların həyata keçirilməsi, sahibkarlarlığın inkişafı istiqamətində maneələrin aradan qaldırılmasına səy göstərəcəyəm.

-  Azərbaycan iqtisadiyyatında əhalinin real imkanlarını nəzərə alan siyasətin işlənib hazırlanmasına kömək edəcəyəm, müvafiq qanunların hazırlanmasında və qəbulunda seçicilərimin fikirlərini əsas tutacağam.

-  Xudat şəhərinin və rayon ərazisinin  yaşayış məntəqələrində mövcud bələdiyyə mülkiyyətindən və hüquqlarından səmərəli istifadə etməklə yeni iş yerlərinin açılmasına, bu ərazidə ekoloji problemlərin həll olunmasına, əhalinin sosial-iqtisadi vəziyyətinin daha da yaxşılaşmasına yönələn qanunların qəbul edilməsinə nail olacağam.

-  Əlillər, şəhid ailələri, kimsəsizlər, çoxuşaqlı analar, köməyə ehtiyacı olan aztəminatlı insanlar üçün sosial müdafiə proqramının dərinləşdirilməsi və sosial ədalət prinsipi ilə bunların həyata keçirilməsi ilə bağlı qanunların həyata keçirilməsinə çalışacağam.

-  “Sağlam bədəndə, sağlam ruh olar”. Əhalinin sağlamlığının qorunması, icbari tibbi sığortanın tətbiqinin daha da dərinləşdirilməsi, xəstəxanaların dünya standartlarına və tələblərə uyğunlaşdırılması, bu sahədə kadr hazırlığına və kadr çatışmazlığının aradan qaldırılması ilə bağlı tədbirlərin həyata keçirilməsinə çalışacağam.

-  Xudat şəhərində və rayon ərazisində tibbi kadrların çatışmazlığını nəzərə alaraq bu sahədə oxuyan tələbələrə  dəstək göstərəcəyəm.

-  Azərbaycanda yaşayan bütün millət və xalqların mehriban dostluq və qardaşlıq münasibətlərini daha da inkişaf etdirmək, onu qoruyub-saxlamaq;

-  Rayon ərazisində mövcud olan tarixi və mədəniyyət abidələrinin bərpa olunmasına, qorunmasına qayğı göstərmək;

-  Xudat şəhərinin və rayon ərazisinin sənaye potensialını inkişaf etdirmək məqsədilə yaxın və uzaq xaricdəki iş adamlarını bu əraziyə cəlb etmək, onların investisiya imkanlarından istifadə etmək;

-  Rayonun ərazisində sağlam ictimai-siyasi mühitə nail olmaq, milliyətindən, dini etiqadından asılı olmayaraq bütün mütərəqqi qüvvələrin konsolidasiyasına çalışaraq onları rayon üçün vacib olan problemlərin həllinə cəlb etmək;

-  Xarici ölkələrdə Azərbaycana yeni dostlar tapmaq, bu ölkələrdə Azərbaycan diasporunun daha da möhkəmlənməsinə nail olmaq başlıca vəzifəm olacaqdır.

-  Seçicilərimin etimadını qazanaraq millət vəkili seçiləcəyim təqdirdə korrupsiyaya, rüşvətxorluğa, inhisarçılığa qarşı mübarizə aparacaq, icra orqanlarının fəaliyyətinə ümumxalq nəzarətinin gücləndirilməsi, şəffaflığın təmin edilməsi, bu sahədə hüquq-normativ aktların qəbulu diqqət mərkəzimdə olacaqdır.

-  Xudat şəhərində və rayon ərazisində yeni iş yerlərinin açılması, kənd yollarının yenidən qurulması, əhalinin içməli su təchizatının yaxşılaşdırılması, yaşayış məntəqələrinin mavi yanacaqla təmin olunması istiqamətində başlanmış işlərin davam etdirilməsinə çalışacağam.

-  Ən nəhayət, seçicilərimə və xalqımıza arxalanaraq həmişə haqqın tərəfində dayanacaq, insanların hüquq və azadlıqlarının qorunmasına çalışacağam. Xudat şəhərində daimi qərargahım olmaqla rayon əhalisi ilə mütəmadi olaraq görüşəcək, hər Xaçmazlının fərdi vəkili olacaq, həmişə əlçatan olacaq, hər bir vətəndaşın probleminə şəxsi problemim kimi yanaşacağam.

-  Xaçmaz rayonunun və Xudat şəhərinin problemlərini burada doğulub-böyüyən bir şəxs olaraq mən bilirəm və bu problemlərin həllini Sizlərlə birgə həyata keçirəcəyik!


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi