Xaçmazda məktəbli sinif yoldaşını bıçaqladı - Yenilənib

xacmazda-mektebli-sinif-yoldasini-bicaqladi
Oxunma sayı: 2869

Xaçmaz rayonunda bıçaqlanma olub.

“Qafqazinfo” xəbər verir ki, rayonun Ləcət kənd orta məktəbinin 11-ci sinif şagirdi sinif yoldaşına bıçaqla xəsarət yetirib. 

Məktəbli Xaçmaz xəstəxanasına yerləşdirilib.

DİN Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis baş leytenantı Xəyal Talıbov saytımıza bildirib ki, hadisə ilə bağlı Xaçmaz Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Müvafiq ekspertiza təyin edilib. Hazırda RPŞ-nin istintaq bölməsində zəruri araşdırmalar aparılır.

***

Məsələ ilə bağlı Quba-Xaçmaz Regional Təhsil İdarəsindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, hadisə mayın 31-i axşam saat 22:00 radələrində baş verib:

“Xaçmaz rayonu Ləcət kənd tam orta məktəbinin 10-cu sinif şagirdi eyni məktəbdə oxuyan həmyaşıdına aralarında yaranmış mübahisə zamanı xəsarət yetirib. 
Xəsarət almış şagird tibb müəssisəsinə yerləşdirilib. 

Hadisə ilə bağlı tərəfimizdən araşdırma aparılıb, hüquq-mühafizə orqanlarına məlumat verilib. 

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən məktəbliyə baş çəkilib, valideyn və şagirdlə söhbət aparılıb”.