Xurmanın insan orqanizmi üçün faydaları

xurmanin-insan-orqanizmi-ucun-faydalari
Oxunma sayı: 6114

Ramazanda süfrəmizdən əskik etmədiyimiz xurmanın tərkibində lif olduğu kimi kalium, maqnezium, mis və B vitaminləri də mövcuddur. 

“Qafqazinfo” xəbər verir ki, tərkibindəki bu vitamin və minerallara görə xurma “şəfalı meyvə” kimi xarakterizə edilir. 

Xurma yüksək vitamin tərkibli olduğu üçün xüsusi ilə Ramazan ayında ona üstünlük verilir. Hesablamalara görə 3 ədəd xurmada orta hesabla 60 kilokalori var.

Xurma yüksək şəkər tərkibli qidadır. Buna görə də, şəkər xəstəliyindən əziyyət çəkənləri xurma yeyərkən onun sayına diqqət etməlidirlər. Şəkər xəstəliyindən əziyyət çəkənlərə xurma yedikdən sonra qatıq, fındıq, yaxud da qoz yemək tövsiyə olunur.

Xurma eyni zamanda metabolizmi gücləndirir, başağrısına qarşı effektlidir, qəbizlikdən qoruyur, əzələ ağrılarının aradan qaldırılmasına kömək edir, sümükləri gücləndirir, dərini gözəlləşdirir. Bundan əlavə xurma pəhriz saxlayanlar üçün də əvəzolunmaz meyvədir.