Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində (XRİTDX) yeni bölmə - mətbuat katibliyi yaradılıb.
“Qafqazinfo” xəbər verir ki, bu gün katibliyin yeni rəhbəri KİV nümayəndələrinə təqdim olunub. Xidmətin yeni mətbuat katibi ixtisasca jurnalist olan Saidə Əhmədovadır. O, həm də siyasi elmlər namizədidir.
Qeyd edək ki, 2020-ci ildə yaradılan XRİTX birbaşa Prezidentə tabe olan qurumdur. Ləğv edilmiş Xüsusi Dövlət Mühafizə Xidmətinin törəmə qurumlarından hesab olunur. Hərbi və məxfi təyinatlı olduğu üçün bu günə qədər qurumun mətbuat katibliyi yox idi.
Son xəbərlər
Son Xəbərlər