Yağıntılı hava daha 2 gün davam edəcək

yagintili-hava-daha-2-gun-davam-edecek
Oxunma sayı: 3376

Bakıda və Abşeron yarımadasında müşahidə olunan yağıntılı hava şəraiti ilə bağlı xəbərdarlıq edilib. 

Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, yağıntılı havanın dekabrın 21-i səhərədək fasilələrlə davam edəcəyi gözlənilir.

Yarımadanın ayrı-ayrı yerlərində yağıntıların qısamüddətli intensivləşəcəyi ehtimal olunur. Azərbaycanın şərq rayonlarında da hava şəraitinin dekabrın 20-dən 21-i səhərədək fasilələrlə yağıntılı olacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.