Heydər Əliyev Mərkəzinin layihəsinin müəllifi, dünya şöhrətli memar Zaha Hadid 65 yaşında dünyasını dəyişib.
“Qafqazinfo” “The Guardian”a istinadən xəbər verir ki, İraq əsilli ingilis memar Mayamidə xəstəxanalardan birində bronxit xəstəliyindən müalicə alırdı.
Qeyd edək ki, Zaha Hadid 1950-ci il oktyabrın 31-də Bğdadda doğulub. 1972-1977-ci illərdə Londonda Memarlıq Assosiasiyasında təhsil alıb. 1980-ci ildə öz memarlıq şirkətini qurub.
Hadid tarixdə ilk memar qadındır ki, 2004-cü ildə Pritzker mükafatını qazanıb. O, dünyanın 15-dən çox ölkəsində muzeylər, komplekslər, biznes mərkəzləri və digər tikililərin banisidir. Belə ki, Bakıdakı Heydər Əliyev Mərkəzinin (2012) dizaynı ona məxsusdur.
Z. Hadid 2014-ci ildə Heydər Əliyev mərkəzinin dizaynına görə London muzeyinin mükafatına layiq görülüb.
O, Azərbaycan Memarlar İttifaqının Fəxri üzvü seçilib və akademik Mikayıl Hüseynov adına medalla təltif olunub.













Son xəbərlər
Son Xəbərlər