Zaqatalada meşəbəyi haqda cinayət işi başlandı

zaqatalada-mesebeyi-haqda-cinayet-isi-baslandi
Oxunma sayı: 1181

Zaqatala Regional Meşə Təsərrüfatı Mərkəzinin Əliabad meşəbəyliyinin ərazisində ağacların qanunsuz kəsilməsi aşkarlanıb.

“Qafqazinfo” xəbər verir ki, araşdırmalar nəticəsində meşəbəyi Fazil Cumayevin vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyi müəyyən olunub. Belə ki, 2021-ci ilin mayın əvvəllərində xüsusi mühafizə olunan Əliabad meşəbəyliyinin 7 saylı dolayının 16-cı kvartalında yerləşən 11 ədəd müxtəlif növ ağacın meşə gözətçisinin xəbəri olmadan kəsilməsi aşkar edilib. Nəticədə  təbiətə 8 min 792 manat məbləğində maddi ziyan dəyib.

Faktla bağlı Fazil Cumayev barəsində Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 259.2.4-cü (külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) maddələri ilə cinayət işi başlanılıb.

İş üzrə zəruri istintaq prosesi davam etdirilir.