“Zara” boykot olunur - Yenilənib

zara-boykot-olunur
Oxunma sayı: 7456

Məhşur geyim markası olan “Zara” bütün dünyada boykot edilir.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, buna səbəb brendin sonuncu kolleksiyasında dağıntılar və meyitləri canlandıran fotoşəkillər yayımlamasıdır.

Qəzzada baş verənləri əks etdirdiyi deyilən kolleksiya sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.

Həmin görüntülər səbəbindən insanlar “Zara”nın mağazaları qarşısında boykot şüarları səsləndirirlər.

Qeyd edək ki, "Zara"  əsası 1975-ci ildə qoyulan ispan brendidir. 

***

Məsələ ilə bağlı "Zara" sosial şəbəkə hesabında paylaşım edib. Bildirilib ki, sözügedən çəkilişlər sentyabr ayında bir heykəltaraşın emalatxanasında lentə alınıb.

“Səhv anlaşıldığı üçün təssüfləndiyimizi bildiririk”,- deyə paylaşımda deyilir.