Ankarada səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni - Anıtqəbiri ziyarət edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Zelenski öz teleqram kanalında paylaşıb.
Xatırladaq ki, bu gün Zelenski ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş keçiriləcək.



Son xəbərlər
Son Xəbərlər