Avropa İttifaqına üzv ölkələrin liderləri Donald Tuskun Aİ Şurasının prezidenti vəzifəsində mandatını uzadıblar.
“Qafqazinfo”nun “Ria Novosti”yə istinadən xəbərinə görə, bu barədə Lüksemburqun baş naziri Ksavye Bettel Tvitter mikrobloqunda bildirib.
Qeyd edək ki, D. Tusk ilk dəfə 2014-cü il dekabrın 1-də bu posta seçilib. O, bu vəzifədə belçikalı Herman Van Rompeyi əvəzləyib.
Son xəbərlər
Son Xəbərlər