“Qafqazinfo” xəbər verir ki, bu barədə bu gün jurnalistlərlə Müdafiə Nazirliyinin rəhbərləri ilə görüşündə müdafiə nazirinin müavini, general- leytenant Kərəm Vəliyev bildirib.
O, jurnalistlərin “Nəyə görə Həmzəyevlə bağlı yayılan xəbərlərə aydınlıq gətirilmir?” sualına cavab olaraq bildirib ki, M. Həmzəyevin özü barəsində yayılan xəbərləri təkzib edib və lazımi açıqlamanı verib. Buna görə də nazirlik hər hansı bir əlavə açıqlama verməyə ehtiyac görməyib.
Görüşdə Nazirliyin digər rəsmi şəxsləri orduda vitse -admiral Sahin Sultanov başda olmaqda, bir qrup hərbçinin həbs olunması ilə bağlı məsələyə də aydınlıq gətirib:
“Bu görülən tədbirlər nazirlik və digər aiddiyatı qurumlar tərəfindən aparılan komissiya yoxlamaları nəticəsində baş verib. Hal-hazırda həmin şəxslərin işləri Hərbi Prokurorluqda və digər aidiyyatı qurumlarda aparıldığına görə kimin hansı maddə ilə konkret ittiham olunduğu haqda həmin qurumlardan məlumatı öyrənmək daha faydalı olar”.
Son xəbərlər
Son Xəbərlər