Bu Qurultayda nizamnaməyə görə mərkəzi orqanların seçkisi nəzərdə tutulmuşdu. O, cümlədən ölkədəki ictimi-siyasi məsələlər müzakirə olunacaqdı. Həmçinin AXP-nin prezident seçkilərində vahid namizdlə iştirak etmək barasində ümumi qərar qəbul ediləcəyi haqqında məlumat verildi.
Çıxış edən Azərbaycan Xalq Partiyasının sədri Qiyas Sadıqov qurultayın gündəliyini açıqladı:
1. AXP sədrinin hesabatı
2. AXP MNTK-nın hesabatı
3. AXP sədrinin seçkisi
4. AXP MNTK-nın seçkisi
5. AXP Mərkəzi Şura üzvlərinin seçkisi
6. Cari məsələlər
Qurultay dövlət himninin oxunması ilə öz işinə başladı.
Çıxış edən AXP sədri Q. Sadıqov partiyanın ötən aylardakı fəaliyyətinə nəzər saldı. Daha sonra partiyaya sədr və katibliyin seçilməsi ilə bağlı səs vermələr keçirildi. Qiyas Sadıqov, Pənah Hüseyn sədr, Namiq Nəsirov və Günay Hüseynova katib seçildi. Gündəlik yekdilliklə qəbul olundu. Sonra mandat və hesablama komissiyasının tərkibi müəyyən olundu.
Çıxış edən Pənah Hüseyn AXP nizamnaməsinə görə, ötən müddət ərzində sədr Q. Sadıqovun fəaliyyətinə nəzər saldı.
Kürsüyə çıxan AXP sədri Q.Sadıqov partiyanın fəaliyyəti ilə bağlı qurultay iştirakçılarına geniş məlumat verdi: “AXP 2003-cü ildə “Azərbaycan” blokunun namizədi İsa Qəmbəri dəstəkləyib. Məlumdur ki, həmin vaxt “Azərbaycan” blokunun namizədi qalib gəlmiş, lakin seçkinin nəticələri qeydə alınmamışdır. AXP hazırkı Azərbaycan iqtidarına hər zaman müxalif mövqeydə olub. Partiya Azərbaycanda siyasi partiyalar haqqında qanun əsasında fəaliyyətini dava etdirir, bir çox beynəlxaq təşkilatlarla əməkdaşlıq edir. AXP-nin uğurları ilə yanaşı, bəzi neqativ halları da qeyd etmnək istəyirəm. Bunlardan biri partiya sıralarından artımın olduqca zəif olmasıdır. İctimai Palatanın yaranmasında AXP çox yaxından iştirak edib”.
Daha sonra kürsüyə çıxan Pənah Hüseyn AXP-nin fəaliyyəti ilə bağlı hesabata nəzər saldı: “Aktiv siyasi partiyalar, vətəndaş cəmiyyətinin fəalları, “Yeni Müsavat”, “Azadlıq” kimi müstəqil qəzetlərimiz olmasaydı Azərbaycan Türkmənistan kimi bir dövlət olacaqdı. 20 ilə yaxındır ki, bu hakimiyyətə müxalif mövqeydəyik. Demokratik düşərgə çox böyük itkilərə məruz qalıb. Amma, buna baxmayaraq əldə etdiyimiz nailiyyətlər də böyükdür. Ümumiyyətlə hesabata kafi qiymət veririk. Məncə artıq Azərbaycanda indiki avtoritarizmin sonu çatıb. İndiki hakimiyyət nə edirsə onun əleyhinə işləyir. Bu proseslər bütün Azərbaycan xalqının gözü qarşısında olur”.
AXP-nin qurultayına qatılan Müsavat başqanı İsa Qəmbər çıxışı zamanı qeyd etdi ki, Müsavat və AXP eyni amal uğrunda mubarizə aparan dost partiyalardir. İ.Qəmbər, AXP-nin 2003 -cü ildəki prezident seçkiləri zamanı gösterdiyi yüksək fədakarlığı da xatırlatdı.
P.Hüseyn daha sonra ölkədəki ictimi-siyasi gündəmi dəyərləndirdi. /musavat.com/
Son xəbərlər
Son Xəbərlər