Füzuli rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Bayram Niftəliyev son illər ölkəmizdə uşaqların həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb. B.Niftəliyev Azərbaycanın hər yerində olduqu kimi Füzulidə də aztəminatlı ailələrə xüsusi qayğı göstərildiyini bildirib. Qeyd edib ki, Füzuli rayon İcra Hakimiyyəti aztəminatlı ailələrin övladlarının, o cümlədən işğal edilmiş rayonlardan olan uşaqların yaradıcılıq imkanlarını üzə çıxarmaq üçün müxtəlif layihələr reallaşdırılır.
Jurnalist Araşdırmaları Mərkəzinin sədri, layihənin eksperti Seymur Verdizadə tədbir iştirakçılarına uşaq hüquqlarının öz əksini tapdığı yerli və beynəlxalq qanunvericilik barədə məlumat verib. Natiq 1989-cu il noyabr ayının 20-də Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul olunmuş Uşaq Hüquqları Konvensiyasının hökumətlərin qarşısına qoyduğu vəzifələrdən danışıb. Bildirib ki, Konvensiyadan irəli gələn vəzifələrin icrasına nəzarət etməklə bu sahədə daha effektiv nəticə əldə etmək mümkündür.
S.Verdizadə Azərbaycan hökumətinin fəaliyyətində qaçqınlar mövzusunun prioritet təşkil etdiyini söyləyib. Ekspert qaçqın uşaqlarla bağlı müxtəlif proqramların həyata keçirildiyini vurğulayıb: “Bu proqramlar zəngindir. Qaçqın uşaqların təhsilindən tutmuş, istirahət hüquqlarına qədər təmin olunur.”
S.Verdizadə onu da vurğulayıb ki, istər klassik, istərsə də internet media qaçqın uşaqların hüquqlarının təbliğində kifayət qədər fəaldırlar:“Qaçqın valideynlərimiz uşaqlarını bu mövzuda media ilə əməkdaşlığa təşviq etməlidirlər. Bizimqapılarımızhərzamanbukateqoriyadanolanuşaqlarüçünaçıqdır. Mövzukifayətqədərhəssasdırvəmediadabukimimövzularabiganəqalmamalıdır”.
S.Verdizadə sonda Füzuli rayonu Horadiz qəsəbəsində fəaliyyət göstərən 3 saylı tam orta məktəbin şagirdlərini maraqlandıran sualları cavablandırıb.