“Qaçqınkom”da ciddi kadr dəyişikliyi

qacqinkomda-ciddi-kadr-deyisikliyi
Oxunma sayı: 4972

Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsində ciddi kadr dəyişikliyi baş verib.

“Qafqazinfo” Modern.az saytına istinadən xəbər verir ki, prezident İlham Əliyevin sərəncamı ilə Dövlət Komitəsinin sədr müavini Gəray Fərhadov vəzifəsindən azad olunub.

Digər sərəncamla Sabir Əhmədov Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi sədrinin müavini vəzifəsinə gətirilib.

Qeyd edək ki, Sabir Əhmədov bu təyinatadək Məcburi Köçkünlərin İnkişaf Fondunun direktoru vəzifəsində çalışıb.
 Sözügedən Fonda isə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə təyin olunub.