“... Anar Məmmədova heç bir aidiyyatı yoxdur”- - Əmisi

-anar-memmedova-hec-bir-aidiyyati-yoxdur-
Oxunma sayı: 5042



 
Deputat E.Məmmədov Publika.Az-a açıqlamasında deyib ki, sərnişindaşıma özəl sektordur. Onun sözlərinə görə, bu məsələyə nazir Ziya Məmmədovun və ya onun oğlunun heç bir aidiyyatı yoxdur: “Mən başa düşmürəm ki, sərnişin daşımaya Ziya Məmmədovun və ya Anar Məmmədovun nə aidiyyatı var? Nəqliyyat Nazirliyi Azərbaycanda nəqliyyatın siyasətini tənzimləyir. Sərnişindaşıma sektorunda isə özəl şirkətlər fəaliyyət göstərir. Bura Nəqliyyat Nazirliyinin hər hansı müdaxilə etmək səlahiyyəti yoxdur.
 
“Transqeyt” MMC-nin də qardaşlarıma və Anar Məmmədova heç bir aidiyyatı yoxdur. Bu şirkət özəl və şərikli şirkətdir, öz iş prinsipi var, rəhbərliyi də ayrıdır. Bu özəl şirkətin Nəqliyyat Nazirliyinə də aidiyyatı yoxdur. Mən bu barədə yazılanları növbəti şantaj xarakterli iş hesab edirəm. Bununla ara qarışdırmaq istəyirlər”.