Lənkəran sakini suda boğularaq ölüb.
“Qafqazinfo”nun məlumatına görə, bədbəxt hadisə səhər saatlarında rayonun Tükəvilə kəndi ərazisində qeydə alınıb.
Belə ki, 2007-ci il təvəllüdlü kənd sakini Tohid Ələsgərov ehtiyatsızlıqdan süni gölə düşüb. Suyun səviyyəsi hündür olduğundan o, göldə boğularaq ölüb.
Onun meyiti adiyyəti qurumlar tərəfindən sudan çıxarılıb.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər